11:37 22-06-2021
news_image
358
STOLÜSTÜ OYUNLAR

Tanınmış qrossmeysterlərimiz seans keçəcək - yeni şahmat evində

Bakıda yeni şahmat evi açılıb.

Apasport.az saytının məlumatına görə, “Fianketto” adlanan məkanda əsasən həvəskarlar arasında müxtəlif turnirlərin keçirilməsi nəzərdə tutulub.

Burada həmçinin tanınmış qrossmeysterlərimiz – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Eltac Səfərli və Nicat Abbasovun seans keçməsi də planlaşdırılır.

Adıçəkilən şahmatçıların iştirakı ilə yarışların təşkili də gözlənilir.