11:44 22-06-2021
news_image
132
AVRO-2020

Yalnız ikisi – Türkiyə sonuncu oldu

AVRO-2020-də yalnız iki komandanın qrup mərhələsini xalsız başa vuracağı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bu, III turun ikinci oyun günündən sonra müəyyənləşib.

Xalsız komandalar sırasında olan Danimarka Rusiyaya 4:1 hesabı ilə qalib gəlib. Şimali Makedoniya isə Niderlandla qarşılaşmada məğlubiyyətlə üzləşib – 0:3.

III turun oyunları baş tutmayan üç qrupda isə bütün komandalar ən azı 1 xal qazanıb. Bu isə o deməkdir ki, yalnız iki komanda AVRO-2020-yə gəldiyi kimi əliboş vida edib.

Bunlar Türkiyə və Şimali Makedoniyadır. 24 komanda arasında yalnız bu iki uğursuz 3 məğlubiyyət alıb.

Top fərqinə görə Şimali Makedoniya daha yaxşıdır. Onlar 2 qol vurub və 8-ni buraxıb. Şenol Günəşin yetirmələri isə 24 komanda arasında ən zəif nəticəyə malikdir. 1 qol vurub 8-ni buraxan “ay-uıduzlular” makedoniyalılardan da geridədir.