12:37 22-06-2021
news_image
101
FUTBOL

“Bütün plan və proyektlərimiz hazırdır” - “Qalatasaray”ın prezidenti

“Qalatasaray” yeni prezidenti Burak Elması təqdim edib.

Apasport.az saytının məlumatına görə, prezidentlik postunda ilk dəfə ictimaiyyət önünə çıxan Elmas fəaliyyətə rəsmən başlayıb.

“Cim-bom”un 38-ci prezidenti hədəflərinin kuboklar qazanmaq olacağını söyləyib: “Seçkilər bitdi, artıq heç kim rəqib deyil. Ötən ilin sentyabrından çalışırıq. Bütün plan və proyektlərimiz hazırdır”.

Qeyd edək ki, “Qalatasaray”a 2018-ci ilin yanvarından rəhbərlik edən Mustafa Cengiz səhhəti ilə əlaqədar seçkilərdə namizədliyini irəli sürməyib.