13:37 22-06-2021
news_image
136
FUTBOL

11-ci ayrılıq – “Qəbələ”də

“Qəbələ” daha bir futbolçu ilə yollarını ayırıb.

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Vinko Medimoreç “qırmızı-qaralar”la vidalaşıb.

Ötən ilin sentyabrından komandaya qoşulan xorvatiyalı müdafiəçi 2020/21 mövsümündə 26 oyunda 1 qol vurub. O, Premyer Liqada 23, Azərbaycan kubokunda 3 matça çıxıb. Vinko yeganə qoluna çempionat matçında imza atıb. Müqavilədə müddətin 1 il uzadılması bəndi olsa da, klub bundan yararlanmayıb.

Qeyd edək ki, Medimoreç yay fasiləsində “Qəbələ”dən ayrılan 11-ci futbolçu olub. Ona qədər Merab Qiqauri, Yusif Nəbiyev, Tərlan Əhmədli, Nikolas Raysel, Ceyms Adeniyi, Cavid Hüseynov, Sadiq Quliyev, Ülvi İsgəndərov, Roman Hüseynov və Faiq Hacıyev yola salınıb.