15:09 22-06-2021
news_image
176
FUTBOL

İstefa verdi – “Beşiktaş”ın prezidenti

Türkiyə Klublar Birliyi Vəqfinin prezidenti Ahmet Nur Çebi istefa verib.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı yerli mətbuat yayıb.

Vurğulanıb ki, eyni zamanda “Beşiktaş”ın da prezidenti olan Ahmet Nur Çebi Klublar Birliyi Vəqfindəki işindən ayrılmaq qərarına gəlib.

Qeyd edək ki, “Beşiktaş” prezidenti bir müddət əvvəl bütün diqqətini kluba yönəltmək istədiyini açıqlayıb.