15:19 22-06-2021
news_image
90
FUTBOL

Ankaraya gedəcək - “Sumqayıt”

“Sumqayıt”ın yay hazırlıq planı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, 2021/22 mövsümünün hazırlığına iyunun 17-də start verən Ayxan Abbasovun yetirmələri məşqləri Sumqayıtda davam etdirir.

Hazırlıq dövrünün birinci mərhələsi iyunun 30-da başa çatacaq. “Sumqayıt” bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq. 

“Gənclik şəhəri” təmsilçisi iyunun 30-da “Qarabağ”la qarşılaşacaq. “Azərsun Arena”dakı matç saat 18:30-da başlayacaq.

“Sumqayıt”ın hazırlıq prosesinin ikinci mərhələsi isə Türkiyənin Ankara şəhərində baş tutacaq. Komanda üzvləri iyulun 2-dən 16-dək Qızılcahamam bölgəsində yerləşən “Çam Hotel”də məskunlaşacaq.

Bu müddət ərzində 4 yoxlama oyunu keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı hələ dəqiqləşməyib.