21:36 22-06-2021
news_image
144
FUTBOL

Premyer Liqadan iki təklif – millinin qapıçısına

İsveç millisinin qapıçısı Robin Olsen İngiltərə klublarının transfer siyahısına düşüb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın iki klubu “Roma”da çıxış edən qolkiperi heyətində görmək istəyir.

Bunlar “Brayton”la “Bernli”dir. Onlar ötən mövsümdə “Everton”da icarədə olan 31 yaşlı qapıçının xidmətində maraqlıdır.

Qeyd edək ki, Olsenin şərəfini qoruduğu İsveç millisi AVRO-2020-də 1/8 finala vəsiqəni təmin edib.