15:47 22-06-2021
news_image
159
FUTBOL

Xorvatiya çempionatında – “Sabah”dan ayrılan yarımmüdafiəçi

“Sabah”ın futbolçusu Mario Marina karyerasını vətəni Xorvatiyada davam etdirəcək.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, 32 yaşlı dayaq yarımmüdafiəçisi “Slaven”lə anlaşıb.

Bildirilib ki, Marina Koprivnitsa klubu ilə hərtərəfli razılıq əldə edib. “Sabah”la müqavilə müddəti başa çatdığından, yarımmüdafiəçi xorvatiyalılara azad agent kimi keçir. “Slaven”in yalnız yeni transferini rəsmən təqdim etməsi qalıb.

Vurğulanıb ki, “Slaven” “Qəbələ”dən yenicə ayrılan müdafiəçi Vinko Medimoreçlə də maraqlanıb. Ancaq xorvatiyalı hələ ölkəsinə qayıtmaq istəmədiyini, karyerasını xaricdə davam etdirəcəyini bildirərək, təklifi rədd edib.

Qeyd edək ki, Mario Marina “Sabah”a ötən ilin yanvarında “Qoritsa”dan keçib.