16:40 22-06-2021
news_image
111
FUTBOL

Federasiya məhkəməyə verildi – 25 milyonluq tələb

İspaniya La Liqa rəhbərliyi İspaniya Kral Futbol Federasiyasını (RFEF) məhkəməyə verib.

Apasport.az saytının məlumatına görə, buna səbəb federasiyanın birinci və ikinci liqa matçlarının cümə və bazar ertəsi keçirilməsinə qadağa qoymasıdır.

La Liqa Madrid Şəhər Məhkəməsinə rəsmi müraciətdə RFEF-i haqsız rəqabət yaratmaqla günahlandırıb.

Adıçəkilən qurum La Liqa və La Liqa-2-də oyunların təqvimini müəyyənləşdirmə hüququna malik olduğunu, buna müdaxilə etdiyi üçün isə federasiyadan 25 milyon avro təzminat tələb edəcəyini açıqlayıb.