17:30 22-06-2021
news_image
163
FUTBOL

Yenidən “Səbail”də - Şəhriyar Rəhimov

“Səbail” ilk yay transferini reallaşdırıb.

Apasport.az saytının məlumatına görə, Şəhriyar Rəhimov sabiq komandasına qayıdıb.

Ötən mövsümdə “Zirə”də çıxış edən müdafiəçi yenidən Aftandil Hacıyevin rəhbərliyi altında oynayacaq. O, 2018-20-ci illərdə də “Səbail”in şərəfini qoruyur.

Qeyd edək ki, Şəhriyar Premyer Liqada 261 oyunda 14 qol vurub.