22:27 22-06-2021
news_image
251
AVRO-2020

“Klopp və Qvardiola da Rusiya millisi ilə uğursuz olardı” - Rednapp

“Tottenhem”in sabiq baş məşqçisi Harri Rednapp Rusiya yığmasının AVRO-2020-dəki uğursuzluğuna münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, 74 yaşlı mütəxəssis hətta zarafatından da qalmayıb.

İroniyalı tərzdə Rusiya yığmasından təklif gözlədiyini deyən ingiltərəli məşqçi bu komandada problemin baş məşqçi ilə bağlı olmadığını söyləyib: “Rusiya millisini çalışdırmağa hazıram. Sabah Moskvaya bilet ala bilərəm. Yetər ki, zəng gəlsin. Ciddi danışmaq lazımdırsa, istənilən məşqçinin istefası sizə kömək edə bilməz. Zəif oyunçularla heç bir məşqçi uğur qazana bilməz. Hətta Yurgen Klopp və Pep Qvardiola da Rusiya millisi ilə uğursuz olardı. Məşqçilər sehrbaz deyil, möcüzələr yarada bilməzlər. İngiltərə Premyer Liqasında çıxış edən neçə rusiyalı futbolçu var? Pavlyuçenko, Arşavin haradadır? Bir sözlə, Rusiya yığmasının problemi məşqçi deyil”.

Qeyd edək ki, AVRO-2020-nin B qrupunda mübarizə aparan Rusiya millisi 3 xalla sonuncu yeri tutaraq, turnirlə vidalaşıb.