00:00 23-06-2021
news_image
134
FUTBOL

Taleyinə aydınlıq gətirdi – Luis Enrike

İspaniya millisinin baş məşqçisi Luis Enrike taleyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis AVRO-2020-də hətta qrupda qalsalar belə, istefa vermək fikrində olmayacağını açıqlayıb.

O, hətta yeni müqavilə barədə düşündüyünü deyib: “Zarafat edirsiz? Mən istefa yox, yeni müqavilə imzalamağı düşünürəm. İndiki məqsədimiz Slovakiya ilə matçda qələbə qazanmaqdır. Sərəncamımdakı 24 futbolçunun hər biri buna hazırdır”.

Enrike həmçinin İspaniya yığmasını AVRO-2020-nin favoritləri sırasında görmədiyini vurğulayıb.

Qeyd edək ki, ilk iki turda 2 xal toplayan İspaniya millisi qrupda son matçını iyunun 23-də Slovakiyaya qarşı keçirəcək.