00:23 23-06-2021
news_image
122
FUTBOL

Qərarını PSJ-yə bildirdi - Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe komandasını dəyişmək arzusundadır.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Fransa millisinin üzvü bu qərarını artıq rəhbərliyə də çatdırıb.

Mbappe Paris təmsilçisinin ona az məvacib verdiyini düşünür və daha yüksək məbləğ təklif edəcək klub axtarır. 22 yaşlı forvard yeni sözləşməyə qol çəkməsə, gələn ilin yayında azad agent kimi PSJ-ni tərk edəcək. Rəhbərlik isə bunun qarşısını almaq üçün aparıcı oyunçusunun satılma variantını nəzərdən keçirir.

Qeyd edək ki, “Real”ın maraq dairəsində olan Kilian Mbappe ötən mövsüm 47 oyunda 42 qol vurub, 11 assist edib.