23:36 22-06-2021
news_image
169
AVRO-2020

UEFA-nın qərarını qəbul etmir – Bundesliqa klubları

AVRO-2020-nin qrup mərhələsində keçiriləcək Almaniya – Macarıstan matçı öncəsi “Allyans Arena” stadionunun göy qurşağı rənglərində işıqlandırılması ilə bağlı UEFA-nın qadağasına Bundesliqa klubları etiraz edib.

Apasport.az saytının məlumatına görə, bir neçə klub bununla bağlı aksiya keçirmək qərarına gəlib.

Onlar arasında “Volfsburq”, “Ayntraxt”, “Köln” və “Auqsburq” da olacaq. Həmin klubların stadionlarında görüş zamanı göy qurşağı rənglərində işıqlandırma yandırılacaq. Bununla Bundesliqa təmsilçiləri Almaniya millisinə dəstəyini nümayiş etdirəcək.

Qeyd edək ki, Almaniya – Macarıstan oyunu iyunun 23-də keçiriləcək.