01:12 23-06-2021
news_image
119
FUTBOL

Qərarını Laportaya bildirdi - Messi

“Barselona”nın kapitanı Lionel Messi klubda qalmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, bu barədə İspaniya mətbuatı xəbər yayıb.

Bildirilib ki, argentinalı superulduz Kataloniya klubunun prezidenti Joan Laporta ilə danışığında müqavilənin uzadılması təklifini qəbul etdiyini söyləyib. Sözləşmənin 1+1 sxemində, yəni daha bir mövsüm uzadılması ehtimalı ilə birillik yenilənməsi nəzərdə tutulub.

Qeyd edək ki, bir müddət əvvəl “Barselona”nın Messi ilə yeni müqavilə imzalandığı xəbərini futbolçunun doğum günündə - iyunun 24-də açıqlamağı planlaşdırdığı yazılıb.