02:14 23-06-2021
news_image
197
FUTBOL

PSJ təklifini etdi – Ramosa

“Real”dan yenicə ayrılan Serxio Ramos növbəti təklifini alıb.

Apasport.az saytının məlumatına görə, PSJ İspaniya millisinin kapitanı ilə rəsmi danışıqlara start verib.

Fransa klubu uzun müddətdir xidmətində maraqlı olduğu 35 yaşlı mərkəz müdafiəçisinə 2 illik müqavilə təklif edib. Ramos bunu müsbət cavablandırsa, illik məvacibi 15 milyon avro olacaq. “Real”ın əfsanəvi oyunçusu “Roma”nın da gündəmindədir.

Qeyd edək ki, Serxio Ramosun “Real”da illik maaşı 12 milyon avro idi.