09:28 23-06-2021
news_image
88
AVRO-2020

İngiltərədən antirekord – AVRO-2020-də

İngiltərə millisi Avropa çempionatları tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, Qaret Sautqeytin yetirmələri bunu antirekord müəllifi kimi rəsmiləşdirib.

Futbolun yaradıcıları 3 matçda cəmi 2 qolla qrup qalibi olub. İndiyədək heç vaxt qrupda 1-ci yeri tutan komanda bu qədər az fərqlənməyib.

Bu, İngiltərə millisinin tarixində 3-cü belə hadisədir ki, komanda qrup qalibi olub. AVRO-1996 və AVRO-2012-də də britaniyalılar qrupdan 1-ci yerlə çıxıb.

Qeyd edək ki, qapısından top buraxmayan İngiltərə millisi Xorvatiya və Çexiyaya eyni – 1:0 hesabı ilə qalib gəlib, Şotlandiya ilə qolsuz sülhə imza atıb.