10:10 23-06-2021
news_image
95
FUTBOL

Direktor təyin edildi – millinin sabiq hücumçusu

İngiltərə millisinin sabiq futbolçusu Piter Krauçun yeni iş yeri bəlli olub.

Apasport.az saytının məlumatına görə, sabiq hücumçu aşağı liqa klubunda çalışacaq.

O, karyerasına başladığı “Daliç Hemlet”in direktoru təyin olunub. Bu komanda gücünə görə 6-cı sayılan Cənub milli liqasında mübarizə aparır.

Qeyd edək ki, Krauç “Daliç Hemlet”də 2000-ci ildə 17 yaşında debüt edib.