11:46 23-06-2021
news_image
117
AVRO-2020

Qrupda qol buraxmayanda... – İngiltərə

İngiltərə millisi tarixində ikinci dəfə final mərhələsində qrupda qol buraxmayıb.

Apasport.az saytının məlumatına görə, britaniyalılar buna AVRO-2020-də nail olub.

Cordan Pikford Xorvatiya (1:0), Şotlandiya (0:0) və Çexiya (1:0) ilə görüşlərdə qapısını toxunulmaz saxlayıb. Bu, İngiltərənin Avropa çempionatlarında ilk, ümumilikdə ikinci belə uğurudur.

İngiltərə qol buraxmadığı yeganə qrup mərhələsini sonda qazanılan çempionluqla qeyd edib. Bu, DÇ-1966-da baş verib.

Qordon Benks turnirin qrup mərhələsində qol buraxmayıb. Həmin vaxt sonda futbolun yaradıcıları tarixinin ilk və yeganə çempionluğunu bayram edib.