12:25 23-06-2021
news_image
222
FUTBOL

Türkiyə klubu ilə anlaşdı, “Sabah”ı gözləyir – yığmamızın futbolçusu

“Sabah”ın futbolçusu Ozan Can Kökçü karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, ötən mövsümün ikinci dövrəsini icarə əsasında Niderlandın “Telstar” klubunda keçirən 22 yaşlı yarımmüdafiəçi Türkiyə I Liqa təmsilçisi “Eyüpspor”la anlaşıb. Yığma komandamızın üzvü ilə şəxsi razılıq əldə olunsa da, bu keçiddə son sözü “Sabah” klubu deyəcək. Çünki oyunçunun bakılılarla müqavilə müddəti gələn ilin yayına qədərdir. Kökçü transfer vərəqəsini “Sabah”dan alarsa, “Eyüpspor”a keçidi rəsmiləşəcək.

Qeyd edək ki, Ozan Can Kökçü daha əvvəl Türkiyədə “Bursaspor” və “Giresunspor”un formasını geyinib.