12:40 23-06-2021
news_image
132
FUTBOL

Karyerası ilə bağlı qərarını verdi - Rahid Əmirquliyev

“Səbail”də daha bir futbolçunun aqibəti bəlli olub.

Apasport.az saytının məlumatına görə, kapitan Rahid Əmirquliyev qəsəbə təmsilçisindəki çıxışını davam etdirəcək.

Klub rəsmi saytı vasitəsilə yarımmüdafiəçi ilə yeni 1 illik müqavilə imzalandığını açıqlayıb.

Bununla 32 yaşlı orta sahə oyunçusu Elxan Əhmədov, Şahin Zəkiyev, Ədilxan Qarəhmədov, Əfran İsmayılov, Rauf Əliyev və Adil Nağıyevdən sonra növbəti mövsümü də “Səbail”də keçirəcəyi dəqiqləşən 7-ci oyunçu olub. Əvəzində bakılılar Ali Sesay, Ruslan Hacıyev, Urfan Abbasov, Məqsəd İsayev, Florian Kadriu, Milovan Petrovik, Luka İmnadze və Amil Yunanovla yollarını ayırıb.

Qeyd edək ki, Rahid Əmirquliyev ötən mövsüm Premyer Liqanın 26 matçında iştirak edib.