10:25 02-09-2008
news_image
355
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbovun İspaniyada keçirilən superturnirdə ilk rəqibi müəyyənləşib

Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün İspaniyanın Bilbao şəhərində start götürəcək şahmat üzrə “Böyük dəbilqə” superturnirinin püşkü atılıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığmasının lideri Teymur Rəcəbov ilk oyununu ağ fiqurlarla Veselin Topalova (Bolqarıstan) qarşı keçirəcək. Həmçinin, birinci turda Vişvanatan Anand (Hindistan) - Vasili İvançuk (Ukrayna), Levon Aronyan (Ermənistan) - Maqnus Karlsen (Norveç) görüşləri baş tutacaq. İki dövrədən ibarət birinciliyin oyunları Bakı vaxtı ilə 20:00-da başlanacaq.
Qeyd edək ki, ilk dəfə keçirilən “Böyük dəbilqə” superturnirinin mükafat fondu 400 min avroya bərabərdir.