13:37 27-06-2021
news_image
425
AVRO-2020

İştirakçı və qolçu qardaşlar - Avropa çempionatlarında

AVRO-2020-nin qrup mərhələsində Belçika yığmasının yarımmüdafiəçisi Torqan Azar tarixə düşüb.

Apasport.az saytının məlumatına görə, o, həm meydana çıxmaqla, həm də Danimarka ilə qarşılaşmada qol vurmaqla buna nail olub.

Məsələ burasındadır ki, Torqan da qardaşı Eden Azar kimi, həm Avropa çempionatlarında iştirak etməyə həm də fərqlənməyə macal tapıb. Azarlar qitə birinciliklərində mübarizə aparan 13-cü qardaş futbolçular olub.

AVRO-2016-da Eden, AVRO-2020-də isə Torqan qol vurmaqla, onlar bunu bacaran 3-cü qardaş cütlük kimi tarixə düşüb.

Avropa çempionatlarında iştirak edən qardaşlar:
Taulan (Albaniya) & Qranit Xaka (İsveçrə)
Cek & Bobbi Çarlton (İngiltərə)
Villi & Reynier van de Kerkof (Niderland)
Bernd & Karlhaynz Förster (Qərbi Almaniya)
Ronald & Ervin Kuman (Niderland)
Mixael - Brayan Laudrup (Danimarka)
Qari & Filip Nevill (İngiltərə)
Niko & Robert Kovaç (Xorvatiya)
Frank & Ronald de Bur (Niderland)
Vasili - Aleksey Berezutski (Rusiya)
Conni - Corri Evans (Şimali İrlandiya)
Romelu & Cordan Lukaku (Belçika)
Eden & Torqan Azar (Belçika)

Avropa çempionatlarında qol vuran qardaşlar:
Mixael Laudrup – 1988, Brayan Laudrup – 1996 (Danimarka)
Frank de Bur, Ronald de Bur – 2000 (Niderland)
Eden Azar – 2016, Torqan Azar – 2021 (Belçika)