14:25 23-06-2021
news_image
190
FUTBOL

“Mövsümün uğurlu alınması üçün hər kəs işinə ciddi yanaşır” - Xayme Romero

“Məşqlərimiz çox maraqlı keçir. Hazırlıq prosesində futbolçuları çox istəkli görürəm. Bəlkə də, bu, ötən mövsüm çempionluğu son turda qaçırmağımızdan irəli gəlir. Bu da futbolçulara təsir edib və yeni mövsümə daha istəkli başlamışıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Xayme Romero deyib.

Klubun rəsmi saytına açıqlamasında hazırlıq prosesini dəyərləndirən ispaniyalı hücumameyilli oyunçu hədəflərinin Konfrans Liqasında qrupa düşmək olduğunu söyləyib: “Konfrans Liqası bizim üçün yeni və maraqlı turnirdir. İlk dəfə keçiriləcək yarışda yaxşı iştirak etmək istəyirik. Mənim istəklərim komandanın iddiaları ilə üst-üstə düşür. Konfrans Liqasının qrupuna düşmək üçün əlimizdən gələni edəcəyik. Futbolçular da çox həvəslidir. Mövsümün sonunda isə Premyer Liqada çempion olmaq istəyirik. Yeni mövsümün uğurlu alınması üçün hər kəs işinə ciddi yanaşır”.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının II təsnifat mərhələsində İsrail klubu “Aşdod”la qarşılaşacaq.