15:21 23-06-2021
news_image
80
FUTBOL

Əməliyyat olunacaq – Dembele

Fransa millisinin yarımmüdafiəçisi Usman Dembelenin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin qrup mərhələsində Macarıstanla qarşılaşmanın son dəqiqələrində zədələnən ulduz futbolçu əməliyyat olunacaq.

Yığmanın heyətindən çıxarılan 24 yaşlı ön xətt oyunçusu iyunun 28-də Finlandiyada dizindən əməliyyat ediləcək. İlkin ehtimala görə, “Barselona”nın futbolçusunun bərpası 4 ay çəkəcək. Bu isə o deməkdir ki, Dembele ən yaxşı halda oktyabrın sonlarında Kataloniya klubuna kömək edə bilər.

Bu zədəyə görə FİFA “Barselona”ya təzminat ödəməli olacaq.

Qeyd edək ki, Macarıstanla matçın 57-ci dəqiqəsində meydana çıxan Usman Dembele 87-ci dəqiqədə zədə ucbatından əvəzlənib.