15:30 23-06-2021
news_image
235
FUTBOL

Fırıldaqçı “menecerlərin” qurbanı oldu – afrikalı futbolçu

Keniyalı gənc bir futbolçu Türkiyədə fırıldaqçıların qurbanı olub.

Apasport.az saytının məlumatına görə, bu ölkəyə peşəkar futbolçu olmaq xəyalı ilə yollanan Abdulselam İbrahim Abdullah Dənizlidə aldadılıb.

Bir neçə şəxs özünü 19 yaşlı Abdullaha menecer kimi təqdim edib və klublardan biri ilə müqavilə sözü verərək, 5 min dollarını alıb.

Pulsuz qalan Abdulselamə Dənizlidə namaz qılmaq üçün girdiyi məscidin imamı və yerli sakinlər sahib çıxıb.