15:51 23-06-2021
news_image
114
AVRO-2020

10 erkən əvəzləmə - AVRO-2020-də

AVRO-2020-də erkən əvəzetmələrin sayında son iki çempionatdakı ilə müqayisədə rekord qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, arxada qalan 32 qarşılaşmada artıq 10 dəfə futbolçular ilk yarı başa çatmamış əvəzlənib.

Bu rəqəm ötən iki çempionatda üst-üstə qeydə alınan belə hallardan çoxdur. Futbolda yazılmamış qayda var ki, adətən əvəzləmələr fasilədən sonra olur. Əgər baş məşqçi ilk 45 dəqiqənin bitməsini gözləmədən buna əl atıbsa, ya futbolçunun çıxışı bərbad olub, ya da sağlamlığı ilə bağlı problem yaranıb.

A qrupu. İtaliya – İsveçrə - 3:0
Corco Kyellni – 24-cü dəqiqədə zədələnib və AVRO-2020-ni başa vurub.

B qrupu. Danimarka – Finlandiya – 0:1
Kristian Eriksen – 43-cü dəqiqədə huşunu itirib və AVRO-2020-ni başa vurub.

B qrupu. Belçika – Rusiya – 3:0
Daler Kuzyayev – 29-cu dəqiqədə yüngül xəsarət alıb və növbəti matça bərpa olunacaq.

B qrupu. Belçika – Rusiya – 3:0
Yuri Jirkov – 43-cü dəqiqədə zədələnib və millinin düşərgəsini tərk edib.

B qrupu. Belçika – Rusiya – 3:0
Timoti Kastan – 27-ci dəqiqədə ayağından ikiqat sınıq alıb və 6 saatlıq əməliyyata məruz qalıb.

B qrupu. Finlandiya – Rusiya – 0:1
Mario Fernandes – 26-cı dəqiqədə xərəkdə meydanı tərk etsə də, ciddi xəsarətdən qurtulub.

C qrupu. Niderland – Ukrayna – 3:2
Aleksandr Zubkov – 13-cü dəqiqədə zədələnib və yığmanın düşərgəsini tərk edib.

C qrupu. Ukrayna – Avstriya – 0:1
Kristof Baumqartner – 33-cü dəqiqədə başından zədələnib.

D qrupu. Xorvatiya – Şotlandiya – 3:1
Aleks Henli – 33-cü dəqiqədə zədələnib, hələ durumuma aydınlıq gəlməyib.

F qrupu. Macarıstan – Fransa – 1:1
Adam Salai – 26-cı dəqiqədə günvurmadan başı gicəllənib.

Qeyd edək ki, AVRO-2016-da cəmi 2 futbolçu birinci hissədə əvəzlənib. AVRO-2012-də bu rəqəm 5-ə bərabər olub. Düzdür, AVRO-2008-də indiki kimi 10 belə hal yaşanıb. Amma onda bu rəqəm bütün turnir boyu qeydə alınıbsa, indi hələ 19 matç irəlidədir.