16:30 23-06-2021
news_image
184
DİGƏR NÖVLƏR

Tokio-2020-yə 20-ci lisenziya - Azərbaycandan

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Kubokunda Azərbaycan pauerliftinqçisi Şamo Aslanov gümüş medal qazanıb.

Apasport.az saytının məlumatına görə, +107 kq çəki dərəcəsində iştirak edən paralimpiyaçı 223 kq nəticə göstərərib.

Dubayda keçirilən Dünya Kubokunda və daha öncə reytinq xalları qazandıran yarışlarda yüksək nəticə qazanan Aslanov Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanı təmsil etmək hüququna yiyələnib.

Qeyd edək ki, təmsilçilərimiz Tokio-2020 Yay Paralimpiya Oyunlarına 20 lisenziyaya sahib olub. Onlardan 8-i atletika, 4-ü parataekvando, 3-ü paraüzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündəndir.