17:49 27-06-2021
news_image
203
FUTBOL

“Milan” və “İnter”də oynamış əfsanəvi “11-lik” – hücuma 9 namizəd

“Milan”dan ayrılan türkiyəli futbolçu Hakan Çalhanoğlu əzəli rəqib “İnter”lə 3 illik müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, barışmaz rəqiblər sayılan Milan klublarının hər ikisinin formasını geyinmiş ümumi futbolçu sayı 30-dan çoxdur.

İtaliya mətbuatı onların içindən simvolik “11-lik” müəyyənləşdirib. Maraqlıdır ki, hücumçulardan birinin yerini boş qoyan həmkarlarımız oranı doldurmaq üçün oxuculara 9 namizəd təqdim edib.

Qapıçı: Françesko Toldo
Mərkəz müdafiəçiləri: Fulvio Kollovati, Leonardo Bonuççi
Sol cinah müdafiəçisi: Dario Şimiç
Sağ cinah müdafiəçisi: Kristian Panuççi
Dayaq yarımmüdafiəçisi: Patrik Vieyra
Orta sahə oyunçuları: Andrea Pirlo, Edqar Davids, Klarens Zeedorf
Hücumçu: Enriko Kandiani
Hücumçu: ? (siz seçin)

Namizədlər:
Cüzeppe Meatsa
Mauritsio Qans
Kristian Vyeri
Ernan Krespo
Zlatan İbrahimoviç
Mario Balotelli
Roberto Bacco
Antonio Kassano
Ronaldo