16:55 23-06-2021
news_image
163
FUTBOL

Daha 3 il “Qarabağ”da - Musa Qurbanlı

“Qarabağ” hücumçusu Musa Qurbanlını qaytarıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gənc forvard Ağdam təmsilçisi ilə yeni müqavilə imzalayıb.

Tərəflər arasında saziş 3 il müddətinə imzalanıb. Ötən mövsümün ikinci yarısını icarə əsasında “Zirə”də keçirən 19 yaşlı hücumçu növbəti mövsüm yenidən atası Qurban Qurbanovun sərəncamında olacaq.

Qeyd edək ki, Musa Qurbanlı 2020/21 mövsümündə “Qarabağ”da 5, “Zirə”də isə 9 oyun keçirib, hər iki komandanın heyətində 1 qol vurub.