18:03 23-06-2021
news_image
255
FUTBOL

“Bavariya”dan gedir – Qoretska

Almaniya millisinin futbolçusu Leon Qoretska “Bavariya”dan gedir.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi özünə yeni komanda axtarmağa başlayıb.

O, bununla bağlı agentinə tapşırıq da verib. Müqaviləsi gələn ay başa çatacaq Qoretska Münhen təmsilçisinin təklif etdiyi yeni anlaşmanın şərtləri ilə razılaşmayıb. Bu səbəbdən də “Bavariya” onu satmağa hazırlaşır.

Qeyd edək ki, Leon “Barselona” və “Real”ın maraq dairəsindədir.