18:58 23-06-2021
news_image
339
FUTBOL

“Legiya”da növbəti qol – Mahir Emrelidən

Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni transfer olunduğu Polşa “Legiya”sında ikinci matçını keçirib.

Apasport.az saytının məlumatına görə, forvard Avstriya toplanışı çərçivəsində keçirilən sonuncu yoxlama görüşünün iştirakçısı olub.

O, Rusiyanın “Krasnodar” klubu ilə qarşılaşmaya start heyətində çıxıb. Mahir oyunun 39-cu dəqiqəsində hesabı açıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Emreli Avstriyanın aşağı liqa təmsilçisi “Bişofshofen” klubu ilə görüşdə (5:0) het-trikə imza atıb, komandasının ikinci matçında şans qazanmayıb.