20:29 23-06-2021
news_image
149
FUTBOL

“Neftçi” - “Dinamo” matçının vaxtı dəqiqləşdi – Çempionlar Liqasında

“Neftçi”nin UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”su ilə keçirəcəyi cavab matçının vaxtı açıqlanıb. 

Apasport.az klubun saytına istinadən məlumat verir ki, iyulun 14-də “Bakcell Arena”da baş tutacaq görüş saat 21:00-da başlanacaq.

Bu komandalar arasında ilk oyun iyulun 7-si Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.