11:13 02-09-2008
news_image
454
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı İranda təşkil olunmuş turnirdə ikinci yeri tutub

Bakı. Kənan Həsənov - APA-Sport. İranın Urmiya şəhərində keçirilən beynəlxalq şahmat turniri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, 11 turdan ibarət olan yarışda Azərbaycanı 19 idmançı təmsil edib. Həmvətənlərimizdən ən yaxşı nəticəni Rəsul İbrahimov göstərib. Reytinqdə 4-cü olan qrossmeysterimiz 9 xalla 2-ci yeri tutub. Şahmatçımız əlavə əmsallara görə Merab Qaqunaşvilidən (Gürcüstan) geri qalıb. Hərəyə 8,5 xal toplayan Ülvi Bacarani və Fərid Abbasov da 336 şahmatçının qatıldığı turnirdə ilk “onluq”da qərarlaşıblar. Onlar müvafiq olaraq, 8-ci və 9-cu pilləyə sahib çıxıblar.