21:59 23-06-2021
news_image
155
AVRO-2020

Xorvatiyanın rəqibi bilindi – İspaniya

AVRO-2020-də 1/8 finalın daha bir cütü dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, D qrupunun ikincisi olan Xorvatiyanın rəqibi bu gün bəlli olub.

E qrupunda ikinci yeri tutan İspaniya son dünya vitse-çempionu ilə üz-üzə gələcək. Bu komandalar iyunun 28-də qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-də başlayacaq. Matç Danimarkanın paytaxtı Kopenhagendəki “Parken”də təşkil olunacaq.

Qeyd edək ki, bunadək iki cüt dəqiqləşib. İyunun 26-da Uelslə Danimarka, İtaliya ilə Avstriya qarşılaşacaq.