00:15 24-06-2021
news_image
181
FUTBOL

Klozeni keçdi – portuqaliyalı superulduz

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo dünya və Avropa çempionatlarının final mərhələlərində 20-ci qolunu vurub.

Apasport.az saytının məlumatına görə, bu, AVRO-2020-nin III turunun Fransa ilə görüşündə baş verib.

Hazırda davam edən qarşılaşmada hesabı açan Ronaldo bu göstəricidə yeni rekorda imza atıb. Dünya futbolunun superulduzu bu göstəricidə almaniyalı Miroslav Klozeni keçib.

Kriştiano dünya çempionatlarında 7, ən yaxşı bombardiri olduğu Avropa çempionatlarında 13 dəfə qol sevinci yaşayıb. Kloze isə ən məhsuldar oyunçusu olduğu mundiallarda 16, qitə çempionatlarında 3 dəfə fərqlənib.