09:31 24-06-2021
news_image
148
AVRO-2020

Ən gənc futbolçu kimi tarixə düşdü – AVRO-2020

AVRO-2020-nin qrup mərhələsində Macarıstanla keçirilən son oyunda heç-heçə edən (2:2) Almaniya yığması 1/8 finala adlayıb.

Apasport.az saytının məlumatına görə, bu qarşılaşma Bundestimin yarımmüdafiəçisi Camal Musiala üçün əlamətdar olub.

Gənc oyunçu dünənki qarşılaşmanın 82-ci dəqiqəsində meydana daxil olmaqla rekorda imza atıb. O, 18 yaş 117 günlüyündə oyuna qoşularaq, Almaniya futbol tarixinin dünya və Avropa çempionatlarının final mərhələlərində iştirak edən ən gənc oyunçusu ünvanına yiyələnib.

Qeyd edək ki, Almaniya millisi 1/8 final mərhələsində iyunun 29-da İngiltərə ilə qarşılaşacaq.