09:43 24-06-2021
news_image
110
FUTBOL

Qrup birincisi kimi 1/4 finalda - Braziliya

Amerika Kubokunda qrup mərhələsinin IV turuna start verilib.

Apasport.az saytının məlumatına görə, B qrupunda iki oyun keçirilib.

Ekvadorla Peru arasında baş tutan qarşılaşma qollu bərabərliklə nəticələnib.

Təşkilatçı Braziliya isə Kolumbiya üzərində əzmkar qələbə qazanıb. Son saniyələrdə vurduğu top sayəsində aktivinə növbəti 3 xalı yazdıran braziliyalılar qrup birincisi kimi 1/4 finala vəsiqə əldə edən ilk komanda olub.

İyunun 25-də A qrupunun Boliviya – Uruqvay (01:00) və Çili – Paraqvay (04:00) matçları keçiriləcək.

Amerika Kuboku
A qrupu, IV tur
24 iyun
Braziliya – Kolumbiya – 2:1

Firmino, 78, Kasemiro, 90+10 – Diaz, 10
Ekvador – Peru – 2:2
Tapia, 23 (avtoqol), Presiado, 45+3 – Lapadula, 49, Karrilyo, 54

1

Braziliya

3

3

0

0

9-1

9

2

Kolumbiya

4

1

1

2

3-4

4

3

Peru

3

1

1

1

4-7

4

4

Ekvador

3

0

2

1

4-5

2

5

Venesuela

3

0

2

1

2-5

2