22:15 24-06-2021
news_image
128
FUTBOL

Polis olacaqmış, futbolçu oldu – almaniyalı

Almaniya millisinin müdafiəçisi Robin Qosens gənc yaşda polis olmaq üçün müraciət edib.

Apasport.az saytının məlumatına görə, bunu “Atalanta”nın sol cinah oyunçusunun atası Holqer Qosens söyləyib.

O bildirib ki, oğlunu polisliyə yazdırsa da, bu, son anda baş tutmayıb: “Robin, demək olar ki, polisliyə qəbul olmuşdu. Lakin ayaqlarının biri digərindən uzun olduğu üçün son anda müraciət qəbul edilmədi. Ona dedim ki, gələn il polisə müraciət edərik. Ancaq sonradan bildirdim ki, buna ehtiyac yoxdur. Robinə futboldan möhkəm yapışmağı məsləhət gördüm”.

Qeyd edək ki, hazırda Almaniya millisinin heyətində AVRO-2020-də mübarizə aparan Robin Qosens qrup mərhələsinin II turunda Portuqaliya ilə oyunun ən yaxşısı seçilib.