11:20 24-06-2021
news_image
143
FUTBOL

Yeni baş məşqçisi – Premyer Liqa klubunun

Dortmund “Borussiya”sının sabiq çalışdırıcısı Lusyen Favrenin yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, isveçrəli mütəxəssis yeni mövsümdən İngiltərədə fəaliyyət göstərəcək.

64 yaşlı məşqçi Premyer Liqa təmsilçilərindən “Kristal Pelas”la anlaşıb. “Everton”un təklifini rədd edən Favre “Kristal Pelas”la 3 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, “Kristal Pelas” ötən mövsüm Premyer Liqada 44 xalla 14-cü yeri tutub.