11:56 24-06-2021
news_image
129
FUTBOL

Maaşının artırılmasını tələb etdi - “Real”ın futbolçusu

“Real”ın futbolçusu Ferlan Mendi klubdakı durumundan narazıdır.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı sol cinah müdafiəçisi bununla bağlı rəhbərliyə müraciət edib.

Maaşından narazı olan fransalı oyunçu məvacibinin yaxşılaşdırılmasını tələb edib. Mendi maaşının artırılması şərtilə yeni müqavilə imzalanmasını istəyib. Lakin “kral klubu” maliyyə problemi üzündən buna hazır olmadığı bildirib.

Qeyd edək ki, Ferlan Mendinin “Real”la müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.