12:15 24-06-2021
news_image
1014
FUTBOL

“Zirə” “Qarabağ”ın rəqibindən müdafiəçi istəyir – YALNIZ BİZDƏ

Yay fasiləsində heyətində köklü islahatlar aparan “Zirə” yaranan boşluqları doldurmaq üçün çox sayda transfer həyata keçirmək niyyətindədir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı təmsilçisi müdafiənin mərkəzinə əcnəbi futbolçu axtarışındadır.

Baş məşqçi Rəşad Sadıqovun siyahısında adı olan oyunçulardan biri İsrailin “Aşdod” klubunun üzvü Nenad Çvetkovdur. Zirəlilər 25 yaşlı serbiyalını icarəyə götürmək üçün ilkin təmaslarını da qurublar.

Lakin Çvetkovu heyətə qatmaq heç də asan olmayacaq. Çünki ötən il “Vozdaç”dan alınan futbolçunun “Aşdod”la müqavilə müddəti 2024-cü ilin yayına qədərdir. Üstəlik, müdafiəçi keçən mövsüm İsrail klubunun heyətində 35 oyun keçirməklə əsas heyətin aparıcı üzvlərindən birinə çevrilib.

Qeyd edək ki, “Aşdod” Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın digər təmsilçisi “Qarabağ”a rəqib olacaq. Nenad Çvetkov həmin vaxta qədər komandasında qalsa, iyulun 22-də Bakıya səfər edəcək heyətdə yer alacaq.