12:31 24-06-2021
news_image
137
FUTBOL

“Tottenhem”lə danışıqlara başladı – Merih Demiral

Türkiyə millisinin futbolçusu Merih Demiral karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə,  müdafiəçi İtaliyanın “Yuventus” klubunu Premyer Liqa təmsilçisinə dəyişə bilər.

Onun nümayəndələri “Tottenhem”lə danışıqlara başlayıb. Merihin xidmətində “Everton”la “Atalanta”da maraqlıdır.

Qeyd edək ki, türkiyəli futbolçu A seriyasının ötən mövsümündə 15 oyun keçirib.