13:00 24-06-2021
news_image
88
FUTBOL

Simvolik “11-liy”i – AVRO-2020-nin qrup mərhələsinin

AVRO-2020-nin qrup mərhələsinin simvolik “11-liy”i müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “WhoScored” futbol statistikası saytı futbolçuların müxtəlif göstəricilərini əsas tutaraq rəmzi komandanı formalaşdırıb.

Maraqlıdır ki, Niderland millisi simvolik komandada 4 oyunçu ilə təmsil olunub.

Qapıçı: Lukaş Hradeçki (Finlandiya)
Müdafiəçilər: Mattiys de Liqt, Deyli Blind (hər ikisi Niderland), Yoakim Mexle (Danimarka), Vladimir Çufal (Çexiya)
Yarımmüdafiəçilər: Frenki de Yonq (Niderland), Kevin De Bruyne (Belçika), İvan Perişiç (Xorvatiya), Emil Forsberq (İsveç)
Hücumçular: Memfis Depay (Niderland), Kriştiano Ronaldo (Portuqaliya).