13:37 24-06-2021
news_image
434
FUTBOL

“Turnir bizim üçün də maraqlıdır” – “Qarabağ”ın futbolçusu

“Məşqlərimiz bir həftədən çoxdur başlayıb. Hazırlığımız gərgin və maraqlı keçir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimli deyib.

Klubun rəsmi saytına açıqlama verən gənc futbolçu hazırlıq prosesini dəyərləndirib. İbrahimli yeni mövsümün hədəfləri barədə də danışıb: “Hər birimiz məşqlərə həvəs və məsuliyyətlə yanaşırıq. Yeni mövsümə çox istəkli hazırlaşırıq. Uzun müddətdir oyunlara çıxmırıq. Yoxlama görüşlərində fiziki vəziyyətimizi düzəltməyə çalışacağıq. Yeni mövsüm Premyer Liqada çempion olmaq üçün mübarizə aparacağıq. Konfrans Liqasında da artıq rəqibimiz məlumdur. İlk dəfə təşkil ediləcək turnir bizim üçün də maraqlıdır. Ümid edirəm ki, bu yarışda uğurlu çıxış edəcəyik”.