14:48 24-06-2021
news_image
145
FUTBOL

“Barselona” təklif gözləyir – Koutinyo üçün

“Barselona” yarımmüdafiəçisi Filipp Koutinyonu transferə çıxarıb.

Apasport.az saytının məlumatına görə, braziliyalı pleymeyker üçün təklifin gəlməməsi Kataloniya klubunu narahat edir.

İspaniya nəhəngi “sambaçı”nın satışında maraqlı olsa da, koronavirus pandemiyası səbəbindən yaranmış maliyyə problemi səbəbindən heç kim bu transfer qarşılığında 50 milyon avro ödəməyə hazır deyil. Bu üzdən 29 yaşlı oyunçunun yeni mövsümü “Barsa”da keçirməsi istisna edilmir.

Qeyd edək ki, Filipp Koutinyo ilə son olaraq “Lester” maraqlanırdı.