00:01 25-06-2021
news_image
254
FUTBOL

Milli bombardirləri – “Top-25”

Milli komandalarda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-nin qrup mərhələsinin son günü cədvəldə bəzi dəyişikliklərə səbəb olub.

Dünya rekordçusu iranlı Əli Daeiyə çatan portuqaliyalı Kriştiano Ronaldo siyahının ilk sırasını bölüşür. O, cədvəldə irəliləyən yeganə futbolçu deyil.

Robert Levandovski Polşa yığmasında iki qol vuraraq aktivindəki top sayını 69-a çatdırıb. O, Neymar, Robbi Kin və Herd Müller kimi məşhurları arxada qoyub.

1-2. Kriştiano Ronaldo  (Portuqaliya) - 109 
1-2. Əli Daei (İran) – 109
3. Moxtar Dahari (Malayziya) – 89
4. Ferens Puşkaş (Macarıstan) – 84
5. Qodfri Çitalu (Zambiya) – 79
6. Husseyn Saed (İraq) – 78
7. Pele (Braziliya) – 77
8. Ali Mabut (BƏƏ) – 76
9-11. Şandor Koçiş (Macarıstan) – 75
9-11. Kamişite Kamamoto (Yaponiya) – 75
9-11. Başer Abdullah (Küveyt) – 75
12. Sunil Çetti (Hindistan) – 74
13. Lionel Messi (Argentina) – 73
14. Majed Abdullah (Səudiyyə Ərəbistanı) – 72
15-17. Kinnah Firi (Malavi) – 71
15-17. Kyatysuk Senamuanq (Tailand) – 71
15-17. Miroslav Kloze (Almaniya) – 71
18-19. Piyaponq Puaon (Tailand) – 70
18-19. Şen Con (Trinidad və Tobaqo) – 70
20. Robert Levandovski (Polşa) – 69
21-25. Herd Müller (Almaniya) - 68
Neymar (Braziliya) - 68
Karlos Ruis (Qvatemala) - 68
Robbi Kin (İrlandiya) - 68
Hossam Hassan (Misir) - 68