15:33 24-06-2021
news_image
105
AVRO-2020

Millinin baş məşqçisinin taleyinə aydınlıq gəldi – uğursuzluqdan sonra

Polşa millisinin baş məşqçisi Paulu Souzanın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bunu Polşa Futbol İttifaqının prezidenti Zbiqnev Bonek açıqlayıb.

O bildirib ki, AVRO-2020-dəki uğursuzluq yığmanın baş məşqçisinin taleyinə təsir etməyəcək: “Daim baş məşqçiləri dəyişsək, heç nəyə nail olmayacağıq.  Biz futbol oynamaq və rəqib üzərində dominantlıq etmək istəyirik. Bəzən həyat sürprizlər bəxş edir. Amma inanıram ki, Souza təcrübəli məşqçidir və bu komandaya nə lazım olduğunu bilir. Onun müqaviləsi var, yaxşı məşqçidir və yığmada qalacaq. Əlbəttə, AVRO-2020-dən nəticəsiz ayrılmaq təəssüf doğurur. Bu, DÇ-2018-dəkindən də acınacaqlıdır, axı indi statistik baxımdan daha yaxşı görünürdük”.

Qeyd edək ki, Polşa millisi keçirdiyi üç qarşılaşmada 1 xal yığaraq E qrupunda sonuncu – 4-cü yeri tutub.