13:56 02-09-2008
news_image
356
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçıları bu gün Dubayda beynəlxalq turnirə qatılacaqlar

Bakı. Kənan Həsənov - APA-Sport. Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində beynəlxalq şahmat turnirinə start veriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanı iki idmançı təmsil edəcək. Yarışa qatılan həmvətənlərimizdən Elmar Məhərrəmov reytinq favoritdir. Digər təmsilçimiz Sərxan Quliyev isə reytinqdə ikincidir. 113 şahmatçının mübarizə aparacağı turnirə sentyabrın 6-da yekun vurulacaq.