17:58 24-06-2021
news_image
126
FUTBOL

10 milyonluq fərq – Sanço ilə bağlı danışıqda

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cedon Sançonun transferi yenidən gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” gənc futbolçunun keçidi üçün növbəti dəfə hərəkətə gəlib.

Premyer Liqa təmsilçisi İngiltərə millisinin üzvünü 85 milyon avroya transfer etmək niyyətindədir. Lakin buna “yox” cavabı verən dortmundluların tələbi 95 milyon avro olub.

Qeyd edək ki, Cedon Sançonun “Borussiya” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.